Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncamına uyğun olaraq yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin adı dəyişdirilərək Kürdəmir Regional Mədəniyyət İdarəsi adlandırılıb. Regional idarə Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarını əhatə edir. İdarə əhatə etdiyi rayonlarda mədəniyyət, incəsənət, kitabxana sahəsinə aid olan müəssisələri özündə birləşdirir. Region üzrə mədəni-kütləvi tədbirlərin təşkili, əhalinin asudə vaxtının təşkili istiqamətində tədbirlərin həyata keçirilməsini təmin edir. İdarənin əhatə etdiyi rayonlarda 3 mədəniyyət mərkəzi, 48 mədəniyyət evi, 85 klub, 179 kitabxana, 4 Tarix-Diyarşünaslıq Muzeyi, 1 ev muzeyi, 4 Heydər Əliyev Mərkəzi, 2 Dövlət Rəsm Qalereyası əhaliyə mədəni xidmət göstərir. İdarənin əhatə etdiyi rayonlarda 4 uşaq incəsənət məktəbi, 14 uşaq musiqi məktəbi uşaq və yeniyetmələrin musiqi təhsili ilə məşğul olur.