Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədov Elman Həmid oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Rəis

        Məmmədov Elman Həmid oğlu 30 may 1962- ci ildə Azərbaycan Respublikası  Füzuli rayonunun Füzuli şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Füzuli şəhərindəki 4 nömrəli orta məktəbi bitirib. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1984-cü ildə həmin fakültəni bitirib. 1984-cü ildən Füzuli rayonunda  çıxan yerli “Araz” qəzeti redaksiyasında ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1994-cü ilin iyul ayında Füzuli rayon İcra Hakimiyyəti aparatının “Hüquq və müdafiə” məsələləri üzrə şöbəsində məsləhətçi kimi əmək fəaliyyətini davam etdirib. 1996-cı ilin sentyabr ayından 2006-cı ilin 01 fevralınadək Füzuli rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyib. 01 fevral 2006-cı il tarixdən 01 noyabr 2016-cı il tarixədək  Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləyib.  2017-ci ilin yanvarından  Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisidir.  2018-ci il 27 iyun tarixdən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisidir.    1989-1995-ci illərdə qiyabi yolla S.Ağamalı oğlu adına Azərbaycan kənd Təsərrüfatı Akademiyasını, 2000-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.    Ailəlidir. 3 övladı, 4 nəvəsi var.

Telefon: mob:050 530 11 55, iş: (02025) 5 04 14

Faks: (02025) 5 04 49

E-poçt: kurdamirregional.medeniyyet@mail.ru

Qəbul günləri: Çərşənbə axşamı-cümə axşamı-cümə,qəbul saatları 11:00 -18:00