Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Alıyev Vaqif Alı oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Rəis müavini

     Alıyev Vaqif Alı oğlu 05 avqust 1958-ci ildə Kürdəmir rayonunun  Köhünlü kəndində anadan olmuşdur. 1965-1975-ci illərdə Kürdəmir rayonu Köhünlü kənd orta məktəbində orta təhsil almışdır. 1975-1976-ci illərdə Bakı Hündürevlər tikinti trestinin 302 №-li tikinti idarəsində fəhlə işləmiş, 1976-1980-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakultəsində təhsil almışdır. 1980-1985-ci illərdə orta məktəbdə müəllim, direktor müavini, 1985-2000-ci illərdə Kürdəmir rayonu Köhünlü kənd orta məktəbinin direktoru işləmişdir. 2000-2005-ci illərdə Kürdəmir rayon Mədəniyyət şöbəsinin, 2006-2016-cı illərdə Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 26 dekabr 2017-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət  İdarəsində  rəis müavini vəzifəsində çalışır. 

Telefon: 050 366 52 42

E-poçt: vaqif.aliyev@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00