Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Nəbiyev Saday Əzim oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Baş mühasib

       Nəbiyev Saday Əzim oğlu 25 yanvar 1961 – ci ildə Jdanov rayonu Aşıqlı kəndində anadan olmuşdur. 1968 – ci ildə  2 – ci Aşıqlı kənd səkkizillik məktəbin I sinfinə daxil olub, 1976 – cı ildə həmin məktəbi bitirmişdir. Təhsilini 1976 – 1978 –ci illərdə Eyvazalılar kənd tam orta məktəbində davam etdirərək X sinifi  bitirmişdir. 01.07.1978 – ci ildən 25.08.1979 – cu ilədək Jdanov rayonunun Qələbə kolxozunda kolxozçu işləmişdir. 01.09.1979 – cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot – iqtisad fakültəsinə daxil olmuş, 20.06.1983 – cü ildə isə həmin ali məktəbi bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 05.09.1983 – cü ildən 17.10.1983 – cü ilədək Ağdaş rayonunda yerləşən 54360 nömrəli hərbi hissədə mühasib işləmişdir. 01.11.1983 – cü ildən 14.05.1985-ci ilədək Rusiyanın Saratov şəhərində 01609 nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. 01.06.1985 – ci ildən 01.03.1987 – ci ilədək Jdanov rayonunun Qələbə kolxozunda kolxozçu, 01.03.1987 – ci ildən 15.08.1990 – cı ilədək həmin kolxozda hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. 16.08.1990 – cı ildən ASK İşçiləri Həmkarlar İttifaqı Beyləqan rayon Komitəsində təlimatçı müfəttiş, 27.07.1993 – cü ildən isə baş mühasib işləmişdir. 15.03.2001 – ci ildən 02.01.2002 – ci ilədək 2 – ci Aşıqlı Sudan İstifadəedənlər Assosasiyasında baş mühasib, 01.06.2003 – cü ildən 14.11.2003 – cü ilədək isə mühasib işləmişdir. 18.11.2003 – cü ildən 01.11.2016 – cı ilədək Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsində baş mühasib vəzifəsində işləmişdir. 25.12.2015 – ci il tarixdən 2 – cı dərəcəli dövlət qulluqçusudur. 2005 – ci ilin iyun ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Mədəniyyət və Turizm Nazirliyinin əmri əsasında 05 yanvar 2017 – ci il tarixdən Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət  İdarəsində baş mühasib vəzifəsində çalışır. 

Telefon: iş: (02025) 5 04 49, mob:051 558 10 33

E-poçt: saday.nebiyev@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00