Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Çıraqov Nazim Sərxan oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

    Çıraqov Nazim Sərxan oğlu 30 dekabr 1959 -cu ildə Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində anadan olmuşdur. 1978 – ci ildə həmin kənddə orta məktəbi bitirmişdir.1979-cu ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olmuşdur. Hərbi borcunu yerinə yetirdikdən sonra 1981-ci ildə texnikumu bitirmişdir. 1981- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr sənəti fakultəsinə daxil olaraq Musiqili Komediya Aktyoru ixtisasına yiyələnmişdir. Təyinatla Beyləqan rayon Mədəniyyət Şöbəsinə göndərilərək Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, sonra isə 1994 -cü ildən 2011-ci ilədək Beyləqan rayon Mədəniyyət Şöbəsində müdir vəzifəsində çalışmışdır. 2013-cü ildən Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.2017-ci ilin fevral ayından Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət  İdarəsində məsləhətçi vəzifəsində işləyir.        

Telefon: mob: 050 323 26 49

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00