Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

İbrahimov Emin Dadaş oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

      İbrahimov  Emin Dadaş oğlu 1 iyun 1984-cü ildə Azərbaycan Respublikası Füzuli rayonunun Füzuli şəhərində anadan olmuşdur. 1990-cı ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin 1-ci sinifinə getmişdir. 1992 –ci ildə Qarabağ hadisələri ilə bağlı Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsinə  məcburi köçkün kimi məskunlaşmıış və Emin Əliyev adına  2 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasına qəbul olmuşdur. 2007-ci ildə həmin fakültəni bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, hal-hazırda 5-ci kurs tələbəsidir.      Əmək fəaliyyətinə 2002-ci ilin sentyabr ayında Füzuli şəhər S. Şuşinski adına 1 saylı Uşaq İncəsənət Məktəbində müəllim kimi başlamışdır. 2004-cü ilin noyabr ayından 2006-cı ilin fevral ayınadək Füzuli rayon Mədəniyyət Şöbəsində məsləhətçi vəzifəsində işləyib.01.02. 2006-cı ildən 01.11. 2016-cı il tarixinədək Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 16  yanvar 2017-ci ildən Kürdəmir Regional Mədəniyyət və Turizm  İdarəsində,  27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət  İdarəsində məsləhətçi vəzifəsində çalışır.  

Telefon: mob:050 550 11 55, iş:(02025) 5 04 49

E-poçt: emin_ibrahimov_01@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00