Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Mirzəyev Nazim Qəzənfər oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi

   Mirzəyev Nazim Qəzənfər oğlu 22 iyun 1957-ci ildə Beyləqan  rayonu Dünyamalılar kəndində anadan olmuşdur. 1963-cü ildə Dünyamalılar kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1973-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1975-1977-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, ehtiyatda olan baş leytenant rütbəsi almışdır. 1978-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsinə daxil olmuş və 1984-cü ildə həmin Universiteti bitirmişdir. 1983-cü ilin aprel ayından 1984-cü ilin may ayına kimi Beyləqan rayon Könüllü Kitabsevərlər Cəmiyyətinin məsul katibi, 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayına kimi Azərbaycan LKGİ Jdanov rayon Komitəsində təlimatçı, 1985-ci ilin yanvar ayından noyabr ayınadək Beyləqan rayon Bilik Cəmiyyətinin məsul katibi, 1985-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayınadək Azərbaycan Kommunist Partiyası Jdanov rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1991-ci ilin oktyabr ayından 2012-ci ilin dekabr ayınadək Beyləqan rayon Mədəniyyət şöbəsində inspektor vəzifəsində, 2012-ci ilin dekabrından 2016-cı ilin dekabr ayınadək Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ilin yanvar ayından  Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi,  Beyləqan rayon üzrə  nümayəndəsi vəzifəsində çalışır. 2006 və 2017-ci illərdə Mədəniyyət sahəsində çoxillik fəaliyyətinə görə Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmanlarla, 2012-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən, 2011 və 2012-ci illərdə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən  Fəxri Fərmanlarla təltif edilmişdir. 2013, 2014 və 2016-cı illərdə mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 2013-cü ildə Respublika Həmkarlar Konfederasiyasının 20 illiyi münasibəti ilə təsis edilmiş Döş Nişanına və 2016-cı ildə “MİHİ-nin 110 il” yubileyi Döş Nişanına, 2017-ci ildə isə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Veteranı Medalına layiq görülmüşdür. 

Telefon: mob: 0503083399

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00