Məmmədova Şəhla İslam qızı
Kürdəmir Regional Mədəniyyət İdarəsi
Böyük mühasib(Füzuli rayonu üzrə)
Məmmədova Şəhla İslam qızı 2 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.1995-ci il sentyabr ayının biri Bakı şəhəri Xətai rayonunda yerləşən 264 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.2006-cı ildə həmin məktəbi bitirərək Odlar Yurdu Universitetinin “Maliyyə və Kredit” fakültəsinə daxil olmuşdur.2010-cu ildə universiteti bitirmişdir. Əmək fəaliyyətinə 1 iyul 2007-ci ildə Xətai rayonunun 116 saylı Körpələr evində təsərrüfat hissə müdiri kimi başlamışdır. 30.06.2011-ci ildə öz ərizəsi ilə işdən azad olub ,01.07.2011-ci il tarixindən 29.04.2016-cı il tarixinə kimi Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Füzuli rayon Komitəsində mühasib vəzifəsində işləyib. 02.05.2016-cı il tarixindən 23.11.2016-cı il tarixinə kimi müvəqqəti olaraq Füzuli rayon Mədəniyyət və Turizm şöbəsində Baş mühasib köməkçisi vəzifəsində çalışıb.01.02.2017-ci tarixindən Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət İdarəsində böyük mühasib (Füzuli rayonu üzrə) vəzifəsində çalışır.
Qəbul günləri: bazar ertəsi-cümə,qəbul saatları: 09:00-18:00