Əzimov Nazim Abdulrəhim oğlu
Kürdəmir Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (İmişli rayonu üzrə)
Əzimov Nazim Abdulrəhim oğlu 21 aprel 1975-ci ildə İmişli rayonunda anadan olmuşdur.1983-1993-cü illərdə İmişli rayon Göbəktala kənd tam orta məktəbində orta təhsil almışdır.1994-cü ildə ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuşdur.1998-ci ildə həmin İnstitutun Sosiologiya fakültəsini bitirmişdir.Daha sonra təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində davam etdirmişdir. 2000-ci ilin iyun ayından 2002-ci ilin aprel ayına kimi ” Etimad” müəssisəsində təsərrüfat müdiri,2002-ci ilin aprel ayından 2002-ci ilin iyul ayına kimi V.Xudaverdiyev adına İmişli rayon Mədəniyyət sarayında “Gənclərin asudə vaxt mərkəz”ində aparıcı vəzifəsində işləmişdir..24 iyul 2002-ci il tarixindən 10 avqust 2012-ci il tarixinədək İmişli rayon İcra Hakimiyyətinin təhsil ,səhiyyə və mədəniyyət şöbəsində Böyük məsləhətçi vəzifəsində çalışmışdır.10 avqust 2012-ci il tarixindən 10 dekabr 2015-ci il tarixinədək İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi vəzifəsində işləmişdir.10 dekabr 2015-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək İmişli rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci il yanvar ayından Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində, 27 iyun 2018-ci il tarixindən Kürdəmir Regional Mədəniyyət İdarəsində baş məsləhətçi (İmişli rayonu üzrə nümayəndə) vəzifəsində çalışır.
Telefon: 0503894031
Qəbul günləri: bazar ertəsi-cümə,qəbul saatlari: 09:00-18:00