Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Hümmətzadə Fitad Əfrail qızı

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Hümmətzadə  Fitad Əfrail qızı 1992-ci il fevral ayının 7-də Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur.1998-ci ildə Kürdəmir rayonu Səyavuş Paşayev adına 6 saylı orta məktəbinə daxil olmuşdur. 2007-ci ildə 6 saylı orta məktəbdə “İlin ən yaxşı şagirdi” fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Kürdəmir rayonu üzrə keçirilən “Xəmsə” intellektual yarışmasında qalib olmuşdur. 2009-cu ildə 562 balla Bakı Dövlət Universitetinin Regionşünaslıq (Qafqaz üzrə) ixtisasına qəbul olunmuşdur. 2011-ci ildə BDU Tələbə Həmkarlar İttifaqının keçiridiyi müsabiqədə “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülmüşdür. 2013-cü ildə Bakı Dövlət Universitetini müvəffəqiyyətlə bitirərək Bakı Slavyan Universitetinin Ölkəşünaslıq (Azərbaycan üzrə) ixtisasının magistratura pilləsinə qəbul olunmuşdur. 14.06.2016-cı il tarixdən 01.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müffətişi vəzifəsində, 01.02.2017-ci il tarixdən 01.06.2018-ci il tarixədək isə SHXÇDX-nin Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin müfəttişi vəzifəsində çalışmışdır. 27.02.2019-cu il tarixdən Kürdəmir Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışır. Subaydır.

Telefon: 050-664-69-97

E-poçt: fitad_92@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə, qəbul saatları- 09:00-18:00