Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Uşaqların hüquqlarını müdafiə edək” adlı tədbir Füzuli rayon MKS - də keçirilib

04.11.2019

1 noyabr 2019-cu il tarixdə Füzuli rayon MKS - də Oxuculara xidmət şöbəsi Uşaq şöbəsi ilə birlikdə Ümumdünya Uşaq Hüquqları günü münasibətilə "Uşaqların hüquqlarını müdafiə edək" adlı tədbir keçirildi.Tədbirdə Oxuculara xidmət şöbəsinin müdiri Səadət Hüseynova məruzə ilə çıxış etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2008-cil 22 dekabr tarixli sərəncam imzalanıb. Sözügedən sərəncama görə 2009-cu il Azərbaycanda məhz "Uşaq ili" elan olunub. Və bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması, onların vəziyyətinin yaxşılaşdırılması və tələbatlarının ödənilməsi üçün kifayət qədər iş görülür. Tədbirdə qəsəbədə yerləşən 26 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Onlar qeyd etdilər ki, dövlət bizim təhsil almağımıza güclü kömək edir, biz pulsuz təhsil alırıq, pulsuz kitabla və paltarla təmin olunuruq. Tədbirdə iştirak edən bağçanın əməkdaşı Bağdagül müəllimə uşaqlara yaratdığı şəraitə görə ölkə başçısına və Mehriban xanıma təşəkkürünü bildirdi.

 

101.8 KB

 

111.3 KB

 

85.6 KB