Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayon “Gənclik Xalq teatrı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı mövzusunda ’Mən bu cahana sığmazam” tamaşası nümayiş olundu

07.11.2019

   
     Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində silsilə tədbirlər keçirilir.

2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar 06 noyabr 2019-cu il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayon “Gənclik Xalq teatrı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı mövzusunda 'Mən bu cahana sığmazam” tamaşası nümayiş olundu.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və digər məsul işçiləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, bütün mədəni-maarif müəssisələrinin işçiləri, həmçinin, rayon ziyalıları və ümumtəhsil məktəblərinin müəllim kollektivləri iştirak edirdi.

Orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasındahazırlanmış tamaşa və aktyorların yüksən peşəkarlığı tamaşaçıların böyük rəğbətinə səbəb oldu. Gurultulu alqışlarla qarşılanan tamaşanın aktyor heyyətinə göstərdikləri peşəkarlığa görə gül buketləri hədiyyə edildi.

Tədbirdən sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov “Gənclik” Xalq Teatırı və onun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, bu gün Beyləqanda belə bir Teatrın fəaliyyət göstərməsi, həvəskar və istedadlı aktyorların yetişməsi bir daha sübut edir ki, regionlarda Xalq teatrları öz tərəqqi dövrünü yaşayır.

Çıxışının sonunda Elman Məmmədov tamaşanı səhnələşdirən bütün aktyor və işçi heyyətə öz minnətdarlığını bildirərək qeyd etdi ki, bu cür tarixi əsərlər əsasında səhnələşdirilən tamaşaların tariximizin təbliği və gənc nəslə öyrədilməsində mühüm rol oynayır.

Sonra Teatrın rejissoru Rəqsanə Babayeva və aktyor heyyəti onlara göstərilən diqqət və qayğıya görə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov və Beyləqan rayonu üzrə nümayəndə Nazim Mirzəyevə həmçinin, tamaşanın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz minnətdarlığını bildirərək qeyd etdi ki, bundan sonra da istər tarixi istərsə müasir əsərlərdən çoxsaylı tamaşaların hazırlanıb nümayiş olunması üçün əlimizdən gələni əsirgəməyəcək, yeni – yeni tamaşalarla öz tamaşaçılarımızı sevindirəcəyik.

 

103.1 KB

 

47.8 KB

 

78.6 KB