Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

07 Noyabr 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin Bayraq günü münasibətilə keçirdiyi “Bayraq bizim qeyrətimizdir” adlı tarixi dərs

07.11.2019

07 Noyabr 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi Bayraq günü münasibətilə “Bayraq bizim qeyrətimizdir” adlı tarixi dərs keçirdi. Tədbirdə Təbiət və humanitar fənlər təmayüllü liseyin 3c sinifi və valideynlər iştirak etdilər.

Şagirdlərə muzeyin ekspozisiya salonunda ekskursiya aparıldıqdan sonra, muzeyin konfrans zalında Bayraq günü haqqında geniş məlumat verildi. Muzeyin bələdçisi A. Namazova Azərbaycanın dövlət rəmzləri haqqında giriş məlumatı verdikdən sonra, bir əsirlik üç rəngli bayrağımızın yaranma tarixi və rənglərinin mənaları haqqında diskussiya aparıldı.

Şagirdlər Azərbaycan bayrağı və Dövlət bayraq meydanının yaranması haqqında çıxışlar etdilər, bayrağa həsr olunmuş şerlər söylədilər.

Tədbirdə 39 nəfər iştirak etdi.

 

300.3 KB

 

95.9 KB

 

161.3 KB