Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bir kərə yüksələn bayraq” adlı tematik gecə İmişli rayon Mədəniyyət Mərkəzində keçirildi

07.11.2019

07 noyabr 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində İmişli rayon Uşaq Musiqi məktəbi , İmişli şəhər Uşaq İncəsənət məktəbi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılğı ilə “Bir kərə yüksələn bayraq” adlı tematik gecə keçirilmişdir. Tədbirdə rayon mədəniyyət müəssisələrinin işçiləri , rayon sakinləri və məktəb şagirdləri iştirak etmişdir. Gecədə bayraq haqqında video çarx göstərilmiş , tədbirin aparıcıları Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov və Uşaq Musiqi məktəbinin müəllimi Sənəm Məmmədli bayrağın tarixi,  onun rəmzləri haqqında geniş məlumtlar vermişdir. Müğənnilərdən Baxış Babaşovun , Elnur Məcidovun, Kərim Xudiyevin , Şakir Quliyevin , Nuru Abbasovun və Zeynəb Rəhimlinin oxuduqları vətənpərvərlik haqqında mahnılar , ifa olunun musiqilər, Uşaq Musiqi məktəbinin kvartet qrupunun solisti 4- cü sinfi şagirdi Elnur Balakişiyevin oxuduğu “Azərbaycan ” mahnısı , bayraq haqqında söylənilən şerlər və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tədbir Uşaq musiqi məktəbinin müəllimi Baxış Babaşovun ifasında “Yaşa mənim xalqım” mahnısı ilə yekunlaşdı.

 

1.4 MB

 

1.3 MB

 

1.5 MB