Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecəXocavənd rayon Mədəniyyət evində Salakətin kənd orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib

08.11.2019

6 noyabr 2019-cu il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evində Salakətin kənd tam orta məktəbinin 4-b sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir. "Şərəf rəmzi” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilmişdir.Tədbirdə dövlətin atributlarından biri olan bayrağ: müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışılmışdır. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırılmışdır.Məktəbin şagirdləri Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləmiş, kompozisiyalar ifa etmişdir.
Tədbirdə  Rayon Mədəniyyət evinin  işçiləri də iştirak etmişdir.

 

 

166.6 KB

 

167.9 KB