Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon MKS-də şair Nəbi Xəzrinin anadan olmasının 95 illiyi münasibətilə ”Ömür çinarından yarpaqlar” adlı tədbir keçirildi

11.12.2019

  11 dekabr 2019-ci il tarixdə Füzuli rayon MKS-nin Mərkəzi kitabxanasında şair Nəbi Xəzrinin anadan olmasının 95 illiyi münasibətilə "Ömür çinarından yarpaqlar" adlı tədbir keçirildi. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məruzə olundu. Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir. Kitabxanada "Şair Nəbi Xəzri-95" adlı səgi də təşkil edilmişdir.

 

41 KB

 

39.3 KB

 

67.5 KB