Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin kollektivi Ümummilli liderimiz Heydər Əliyevin anım günündə

12.12.2019

12 dekabr - Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür.Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar hər il olduğu kimi Kürdəmir rayonunda da silsilə tədbirlər və anım mərasimi keçirilir.

Anım mərasimində Kürdəmir Regional Mədəniyyət İdarəsinin kollektivi iştirak edib.Ulu Öndərin heykəli qarşısına gül dəstələri düzülüb.Sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunmuşdur. Öncə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş nitqi ilə açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, Kürdəmir rayon Koordinasiya Kreativ Qrupunun Kordinatoru Xəyyam Məlikov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.

Daha sonra çıxış edən, Kürdəmir rayon Heydər Əliyev Mərkəzin direktoru Düriyyə Seyidova Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışdı. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi titanik və zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, məhz Heydər Əliyevin sayəsində sivilizasiyalı, demokratik və hüquqi cəmiyyət qurulmuş, yeni konstitusiya qəbul edilmiş, Azərbaycan Avropa şurasının üzvlüyünə daxil olmuşdur. Digər bütün nailiyyətlərə Heydər Əliyevin sayəsində nail olunduğunu qeyd etmişdir.

Dövlət xadiminin həyat yolundan bəhs edən “Ulu Öndər”adlı filmə baxıldı.

Sonda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, tədbiri yekunlaşdırdı.

 

86.7 KB

 

91.2 KB

 

91.2 KB