Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayon Mədəniyyət Mərkəzinin kollektivi Ümummilli Liderimiz Heydər Əliyevin anım gününün iştirak etdilər

12.12.2019

12 dekabr 2019- cu il Ümummilli Liderimiz Heydər Əliyevin anım gününün 16 –cı il dönümü ilə əlaqədar olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin kənd klub filiallarında “Heydər Əliyev və Zaman”,”Dahi Şəxsiyyət”,”Ölməz Lider”,”Xalqın Xilaskarı Odur”,”Sən elə bİr zirvəsən”adlı dəyirmi masalar,fotosərgilər,fotostendlər təşkil olunmuş və keçirilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin anım gününün 16 –cı il dönümü ilə əlaqədar olaraq İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon anım mərasimi keçirilmişdir. Tədbirdə Kürdəmir Reginal Mədəniyyət İdarəsinin İmişli rayon üzrə bütün Mədəniyyət müəssisələrinin işçiləri də Ümummilli Liderimiz Heydər Əliyevi yad etmək üçün Heydər Əliyev adına parkda toplanmışlar. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra rayon əhalisi ümummilli liderləri öz xalqını sevən , onu qoruyan dahi insan və şəxsiyyət , siyasətçi , daim ürəklərdə yaşayacaq Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzərək ziyarət etmiş,dahi şəxsiyyəti bir daha anmış və ruhuna dualar oxunmuşdur. Daha sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov Ümummilli Liderimiz Heydər Əliyevin həyat və yaradcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar vermiş , təbirin sonunda Vaqif Mustafayevin 2001- ci ildə lentə aldığı Ümummilli Liderimiz Heydər Əliyev haqqında çəkilmiş ” Ömür yolu “ sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

 

84.7 KB

 

56.6 KB

 

66.6 KB