Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda ” Dost xonçası ” layihəsinə start verilmişdir

18.03.2020

    Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların Mədəniyyət işçiləri 16.03.2020-ci il tarixdən “Dost xonçası” layihəsinə start vermişdir. Dünəndən başlayaraq Xocavənd və Füzuli rayon Mədəniyyət işçiləri həmin rayonlarda yaşayan tənha, aztəminatlı, ahıl insanlara baş çəkir, bayram sovqatları aparır, maddi yardımlar göstərirlər. Bu gün Kürdəmir Regional Mədəniyyət işçiləri Kürdəmir rayon ərazisində yaşayan bu qəbildən olan bir neçə ailənin evlərinə getmiş, bayram xonçaları aparmış və maddi yardım göstərmişlər. Bu tədbirlər geniş kütlə tərəfindən rəğbətlə qarşılanmış və sevincə səbəb olmuşdur. Bayram günləri ərəfəsində tədbirlər davam etdiriləcək.

 

2 MB

 

2 MB

 

2 MB