Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“DOST xonçası” ilə ziyarət imkansız ailənin qonağı oldu

18.03.2020

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” layihəsinə dəstək məqsədilə 17 mart 2020 – ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon Bala Bəhmənli kənd Mədəniyyət evi və Mahmudlu -1 kənd Mədəniyyət evinin işçiləri tərəfindən Bala Bəhmənli kəndində yaşayan imkansız 61 yaşlı İsgəndərova Mahirə Qaçay qızını “DOST xonçası” ilə ziyarət edilmişdir. Mədəniyyət işçiləri Mahirə İsgəndərovanı Novruz bayramı münasibətilə təbrik etmiş və onunla həmsöhbət olmuşlar.

Füzuli rayon Mədəniyyət müəssisələri tərifndən “DOST xonçası” kompaniyasına dəstək davam etdirilir.

 

168.5 KB

 

111.5 KB