Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə Mədəniyyət işçiləri “ DOST xonçası” kompaniyasına qoşuldular

19.03.2020

18 mart 2020- ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə Mədəniyyət işçiləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “ DOST xonçası” kompaniyasına qoşularaq İmişli rayonunda beş az təminatlı , tənha , ahıl və kimsəsiz ailələri müəyyənləşdirərək Novruz bayramı münasibəti ilə həmin ailələrdə olaraq onlarla görüşmüş və bayramlarını təbrik etmişlər. İmişli rayon Mədəniyyət Mərkəzi , Uşaq musiqi məktəbi, Uşaq İncəsənət məktəbi, İmişli Dövlət Rəsm Qalereyası , Heydər Əliyev Mərkəzi , Mərkəzi kitabxana sistemi, Tarix Diyarşünaslıq muzeyinin işçiləridə bu təşəbbüsə qoşularaq qeyd olunan insanların bayramlarını təbrik etmiş, həmin ailələrə bayram sovqatı , ərzaq və müvafiq maddi yardım göstərilmişdir.

 

1.4 MB

 

1.4 MB

 

1.5 MB