Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayon Mədəniyyət evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kompaniyasına qoşulmasına start verildi

19.03.2020

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kompaniyasına Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayon Mədəniyyət evi də böyük ruh yüksəkliyi ilə qoşuldu. Aksiyanın keçirilməsində məqsəd evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailələrin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdən ibarətdir.

Layihəyə dəstək məqsədilə 18.03.2020 -ci il tarixində Xocavənd rayon Mədəniyyət evinin kollektivi Xocavənd rayonu 500 ailəlik qəsəbədə yaşayan, ahıl-xəstə Salmanov Gülcahan Kamran qızını, aztəminatlı Məmmədova Xanım Məhi qızının ailəsini, Şəhid ailəsi Hüseynova Mədinə Bakir qızı və tənha qadın Nəsirova Lena İsrəfil qızını “DOST xonçası” ilə ziyarət etmiş, onları Novruz bayramı münasibətilə təbrik edib, həmsöhbət olmuşlar. Bu addım xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.

Novruz bayramınız mübarək!

 

184.7 KB

 

240.1 KB

 

160.4 KB