Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayon Mədəniyyət Mərkəzinin bir qrup işçiləri Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyi münasibəti ilə veteranı ziyarət ediblər

09.05.2020

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzinin bir qrup işçiləri Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyi münasibəti ilə 01 iyul 1922- ci il Qərbi Azərbaycanın Vedi rayonunun Ərmik kəndində anadan olmuş Böyük Vətən müharibəsinin iştirakçısı 98 yaşlı Nuriyev Nəbi Balı oğlunu ziyarət etdi. Böyük Vətən müharibəsi zamanı iki cəbhədə iştirak edən Nəbi kişi keçdiyi həyat yolundan , 20 yaşında müharibəyə getməsindən , müharibənin çətinliyindən , müharibə zamanı olan hadisələrdən , 6 il hərbi xidmət çəkdiyindən , qələbə bayramında iştirak etdiyindən və müharibədən sonra necə öz doğma vətəninə dönməsindən danışaraq bizlərə məlumatlar verdi. Sonra söhbətini davam etdirərək ailəsi ilə birlikdə SSRİ MİK və XKS-nin 17 noyabr 1937 – ci il tarixli 115/2043 nömrəli qərarına əsasən 1949- cu ilin dekabr ayında Azərbaycan SSR-nin İmişli rayon Qaralar kəndinə departasiya edilməsindən , bura gələrkən (Əzizbəyov) indiki Qaralar kənd əhalisinin onu və ailəsini necə xoş qarşılamalarından və uzun müddət pambıq briqadiri işləməsindən , o dövrdə xalqın necə çətinliklə yaşamasından və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz xalqına yaratdığı şəraitdən , insanların əminamanlıq içərisində yaşamalarından danışaraq şükürlər etdi. Sonda bu görüşlərin və bayramların Qarabağımızda keçirilməsini arzu etmiş və yaxın günlərdə o , yerlərin Azərbaycan Respublikasının Prezidenti Ali baş komandan cənab İlham Əliyevin səyi nəticəsində öz doğma torpaqlarımızın azad olunmasına inandığını bildirmişdir.

 

265 KB

 

190.1 KB

 

363.9 KB