Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyət İdarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə virtual “İstedad – baxış ” müsabiqəsi keçirildi.

10.05.2020

8 may 2020 – ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə və onun xatirəsinə ehtiram əlaməti olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Kürdəmir rayon Mərkəzi kitabxanası və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə bədii qiraət, mahnı, rəqs, rəsm və tətbiqi sənət - əl işləri üzrə: (toxuma, tikmə və s.) nominasiyaları üzrə virtual “İstedad – baxış ” müsabiqəsi təşkil edilmişdir. Bu müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzini formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. “İstedad – baxış” müsabiqəsində 2020 – ci ilin aprel ayının 20 – dən – 25 dək qeydiyyatdan keçmiş 8 – 30 yaş arası 85 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Müsabiqənin iştirakçılarının təqdim etdikləri rəngarəng şeir, musiqi, rəqs, rəsm və tətbiqi sənət - əl işləri münsiflər heyəti tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Müsabiqənin sonunda bütün nominasiyalar üzrə qaliblər müəyyənlədirildi

 

190.5 KB

 

200.7 KB

 

223.1 KB