Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

12.05.2020

   Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir

  Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Lakin bu insanlar yüz ildə, min ildə bir dünyaya gəlirlər. Həmin insanlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, aylar, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz daimiliyini, əbədiliyini qoruyub saxlayaraq həmin insanı dahi şəxsiyyətə çevirir. Xalqımızın xilaskar oğlu, dahi öndərimiz Heydər Əliyev kimi! Ümummilli Liderimiz, dahi öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi 34 il ərzində Respublikamızın bütun sahələri kimi mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran içərisində idi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyətimizi məhv olmaq təhlükəsindən qurtardı.

 Ümmmilli lider Heydər Əliyev mədəniyyəti daim xalqın böyük sərvəti hesab etmişdir Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafı üçün ulu öndərimizə borcludur. Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan ulu öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. Mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış və bu gün də davam etməkdədir.

   Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz mədəniyyətimizin ayrılmaz qolu və aparıcı qüvvələrindən biri olan kitabxana işinin inkişafına da öz əvəzsiz töhfələrini vermişdir. Kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

   1974-cü ildə ulu öndərin “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərər imzaladı. Həmin qərardan sonra kitabxanalar mərkəzləşməyə başladı və MKS - yəni Mərkəzi Kitabxana Sistemi kimi fəaliyyət göstərməyə başladı.

   1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üz – üzə idi. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı. Dahi Öndər “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir.” müdrik fikirlərini söyləyərək kitabxanalarımızın fəaliyyətinin inkişafı üçün daha da əvəzsiz işlər gördü.

  Ulu öndər1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin Respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdirildi. 1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun 12 aprel 1998-ci il tarixli məşhur fərmanı ilə qüvvəyə mindi və bunun nəticəsində də Azərbaycanda çoxlu sayda kitabxana şəbəkələrini dağılmaq təhlükəsindən uzaqlaşdı. Həmin qanunda bir yenilik də ondan ibarət oldu ki, Qanunla keçmiş sovet respublikaları arasında ilk olaraq Azərbaycanda “Milli Kitabxana” statosu müəyyən olundu və onun fondları və əmlakı ümummilli sərvət elan edildi. Bu da Heydər Əliyevin kitabxanalarımıza verdiyi ən böyük dəyərlərdən birinin bariz nümünəsidir

   Xalqımızın böyük oğlu Heydər Əliyev kitabxana işi ilə bağlı bir sıra dövlət əhəmiyyətli qanun və fərmanlar vermiş, 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiqi ilə bağlı ulu öndərimiz 12 mart 1999-cu il tarixdə Fərman imzalamışdır. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir. Ulu öndərin 1999-cu il 12 mart tarixli fərmanın ən mühüm cəhətlərindən biri odur ki, ölkə kitabxanalarının tutduğu mühüm yer müəyyənləşdirilmiş, kitabxanaların dünya informasiya məkanına daxil olması təmin edilmişdir.

  Bu gün ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı, “Dünya ədəbiyyatı və uşaq ədəbiyyatı kitabxanası seriyasından kitabların nəşri haqqında” (2005), “Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” (2007), “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında” (2008) Azərbaycan Respublikası Prezidentinin silsilə Sərəncamları bu gün də kitabxanalarımıza diqqət və qayğının əvəzsiz olduğundan xəbər verir.

Məryəm Əliyeva.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon MKS – nin metodika – biblioqrafiya Şöbəsinin baş biblioqrafı

 

 

36.2 KB