Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məmməd Kərim oğlu Cavadovun 100 illik yubileyi münasibətilə

13.05.2020

  ” ÖMRÜNÜ MUSİQİYƏ HƏSR EDƏN İNSAN" 

   Dünyanın əmələ gəlməsi və yaranması fəlsəfəsində deyilir ki, Allah-təala yer üzündə yaratdığı bütün canlılardan fərqli olaraq yalnız təkcə insanı öz simasında,özünəbənzər yaratmışdır.Ən çox sevdiyi bəndələrinə başqalarında fərqli olaraq fitri istedad vermişdir.Bu fitri istedad təbiətin gözəl töhvəsi də müxtəlif formalarda insanlara paylanmışdır.Kimsəyə elmi kəşflərlə yeri-göyü fəth etmək,bədahətən şer demək ,yazmaq mahnı bəstələmək, əfsunlu,məlahətli səslə oxumaq,çoxlu dil bilmək gözəl rəqs etmək,tarixi şah əsərlər yaratmaq,keçmişi və gələcəyi görmək,əlində şəfa verici bionerji olmaq kimi vergi payı bəxş etmişdir.

Allahın lap çox istədiyi bəndələrindən biri haqda söhbət açacağıq.Siz onu tanıyırsınız.

Məmməd Kərim oğlu Cavadov 1912-ci ildə Qarabağın dilbər guşəsi olan Füzuli şəhərində anadan olmuşdur.O erkən yaşlarından musiqiyə həvəs göstərmiş balaban,tütək kimi alətləri çalmağı öyrənmişdir.Bu həvəs 1930-cu ildə onu indiki Asəf Zeynallı adına musiqi məktəbinə gətirir.Piano arxasında oturmuş imtahan götürən nurani bir şəxs gəncin balaban çalmağını,musiqi duyumunu,ritm tutmaq qabiliyyətini çox bəyənir.Gənci yanına çağıraraq əlini saçına çəkib “ afərin “ deyir.Həmin şəxs sonralar Məmmədə dərs deyən dahi bəstəkarımız Üzeyir Hacıbəyov idi.Nəfəsli alətlər şöbəsinin klarnet sinfində dərs alan Məmməd Cavadov sevimli müəllimindən musiqi nəzəriyyəsini solfecionu, harmoniyanı səylə öyrənməyə çalışır. Tələbəykən Üzeyir bəy gəncin yüksək peşəkarlıq xüsusiyyətlərini bəyənir və onu həmin texnikumu əlaçı kimi bitirdiyi üçün imtahansız olaraq Azərbaycan Dövlət Konservatoriysının bəstəkarlıq və nəfəsli alətlər şöbəsinə qəbul edir. Ü.Hacibəyov onu 1932-ci ildə yeni yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə balaban ifaçısı kimi qəbul edir. Çox çəkmir ki, M.Cavadov bu orkestrdə Səid Rüstəmov,Hacı Xanməmmədov, Şəfiqə Axundova Ağabacı Rzayeva kimi tanınmış sənətkarlarla çiyin-çiyinə çalışmağa başlayır.Bülbül,Həqiqət Rzayeva,Yavər Kələntərli kimi dövrün məşhur müğənnilərini müşayət edir.Repertuarında daha çox Üzeyir Haçıbəyovun, Səid Rüstəmovun əsərləri olan orkestr az bir zamanda xalq tərəfindən sevilir.M.Cavadov bu kollektivlə1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1938- ildən 1941-ci ilə kimi M.Cavadov U.Hacıbəyovun təşəbbüsü ilə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında musiqiçi kimi fəaliyyətə başlayır. M.Cavadovun yaradıcılığının bir hissəsi də 1941-ildə yaradılmış Azərbaycan Dövlət Caz orkestri ilə bağlıdır.O ilk caz orkestrinin quruçularından biri olmuşdur.Maestro Niyazinin bədii,Tofiq Quliyevin isə orkestr rəhbəri olduğu bu kollektiv onu demək olar ki, daha da tanıdıb,sənət pərəstişkarlarına sevdirir.Həmin orkestr hərbi hissələrdə Naxçıvanda, İranın Xoy şəhərində Dilicanda, Qroznuda, konsertlər verirlər.Onun ilk dəfə olaraq,Tofiq Quliyevin “ Cahargah “muğamı mövzusunda improvizələrini alt saksafonda ifa etməsini Ü.Hacıbəyov çox bəyənir. O,cazla muğam arasında olan yaxınlığı,doğmalığı axtarıb tapmağa çalışır və buna nail olurdu.1943-ildə M.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrına orkestr rəhbəri vəzifəsinə təyin edilir .M.Cavadovun yaradıcılığında pedaqoji və bəstəkarlıq fəaliyyəti də mühüm yer tutur.Onun yaradıcılığının ən parlaq səhifəsi Naxçıvanla bağlı olmuşdur.

Adil İskəndərovun təşəbbüsü ilə 1943-cü ildə Naxçıvan Dövlət dram teatrına direktor vəzifəsinə təyin olunan gənc musiqiçi eyni zamanda musiqi məktəbində də pedaqoji fəaliyyətini davam etdirir.Bu gün məşhur olan bəstəkarlardan Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov, kimi bəstəkarların ərsəyə çatmasında M.Cavadovun böyik pedoqoji əməyi olmuşdur. O, Ü.Hacıbəyovun məsləhətilə Naxçıvanda xalq çalğı alətləri orkestri və caz orkestri yaradır və özü də həmin orkestrlərə rəhbərlik edir. Zərqələm Cavadova ,Aşıq Mənzər ,Gültəkin Səfərli, Əyyub Haqverdiyev, kimi solistlərlə yanaşı Zəroş Həmzəyeva, Firuzə Əlixanova, Sofya İsmailova, kimi aktrisaları da bu orkestrə cəlb edir. Bu kollektiv Ordubad,Şahbuz,Şərur rayonlarında zəhmətkeşlərlə tez-tez görüşlərdə olur onların asudə vaxtlarının səmərəli keçirilməsində yaxından iştirak edir və hərbi hissələrdə konsertlər verir.

-------

O, eynı zamanda da “ Sazçı qızlar “ ansamblını da orada yaratmışdır.Naxçıvan Muxtar Respublikasının 25 illiyi ilə əlaqədar M.Cavadov 120 nəfərədən ibarət xor təşkil edib , orkestrlə birlikdə yubiley konsertlərində iştirak etmişdir.

Bütün bu fəaliyyətlərinə görə o Naxçıvan Muxtar Respulikası Ali Soveti Rəyasət

Heyyəti fəxri fərmanı ilə təltif olunur.

Məhz o illərdə M.Cavadov bir bəstəkar kimi də formalışır. Onun bir-birinin ardınca İslam Səfərlinin, Bənövşə,Badamlı, Hüseyn Əzimin Bayram

töhvəsi “ Xəyal “, “ Naxçıvan düşüncələri “kimi pyesləri,yazıçı Nağı Nağıyevin böyük vətən muharibəsi mövzusunda yazmış olduğu “ Polad “ dramına bəstələdiyi musiqi

əsərləri rəğbətlə qarşılanır.Lakin onu daha çox tanıdan və xalqa sevdirən 1945-ci ildə Şair Hüseyn Əziminin sözlərinə bəstələdiyi “ Naxçıvan “ mahnısı olur.

Ey könül mülkünün barı Naxçıvan

Ellərin sevgili yarı Naxçıvan...

Bu mahnı az bir zamanda geniş yayılaraq “Barı Naxçıvan “ adı ilə populyarlaşır.Üzeyir bəy o illərdə Naxçıvanda olarkən yetirməsi ilə maraqlanır.Muxtar vilayətin o vaxtkı rəhbərliyindən bu istedadlı gəncin yaradıcılığı və yaşayışı üçün yaxşı şəraitin yaradılmasını xahiş edir.Sonralar orkestrin xoş sədası Bakıya,Üzeyir bəyə də çatır.Dövri mətbuat orkestrin fəaliyyəti barədə geniş yazılar verir. Bakı və Naxçıvanda zəngin yaradıcılıq yolu keçən Məmməd müəllim 1954- ildə doğulub boya-başa çatdığı doğma şəhəri olan Füzuliyə qayıdır.Burada fəaliyyətinə pedaqoji texnikumda musiqi müəllimi işləməklə davan edir.

Onun gəlişi ilə Füzulinin musiqi mədəniyyətində bir canlanma başlayır.Texnikumda 120 nəfərlik xor kollektivi təşkil edir.Həmin xor kollektivi o vaxtlar Respublika baxışında müvəffəqiyyətlə cıxiş edir və kinojurnala çəkilir.Pedoqoji texnikum Şuşa şəhərinə köçürüləndən sonra Məmməd müəllim rayon mədəniyyət evinə müdir təyin edilir. 1957- ildə onun təşəbbüsü ilə Mədəniyyət İdarəsinin,şəxsən bəstəkar Süleyman Ələskərovun köməkliyi ilə ilk musiqi məktəbini açır və həmin məktəbdə solfecio fənnindən dərs deyir.O 1960 –ildən 1975-ilə kimi Ü.Haçıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində şöbə müdiri vəzifəsində çalışır.Sonralar Füzuli rayon mədəniyyət evinin nəzdində Məmməd müəllim rayonda ilk dəfə olaraq nəfəs alətləri orkestri təşkil edir.Onun rəhbərlik etdiyi nəfəs alətləri orkestri yarandığı günlərdən başlayaraq rayonun ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.Nəfəs alətləri orkestri o vaxtlar rayonda keçirilən bütün bayram tədbirlərində,zəhmətkeşlərin əlamətdar günlərinə həsr olunmuş şənliklərində müvəffəqiyyətlə çıxış etmişdir.Orkestr həmçinin Respublika Mədəniyyət Nazirliyinin keçirdiyi zona və Ümumrespuplika baxış müsabiqələrinin dəfələrlə laureatı olmuş təşkilat komitəsinin mükafatlarına layiq görülmüşdür.Rayon xalq teatrında da Məmməd müəllimin zəhməti az olmamışdır.O xalq teatrının tamaşaya qoyduğu K.Stefanskinin ( Şeytan Əməli) M.Muxtarovun (Üzdənovun məşqi)komediyalarına S.S.Axundovun (Nişan üzüyü) M.Atəşin (Şaxta baba və qara libaslı adam) pyeslərinə gözəl musiqilər bəstələmişdir.1986-ildə rayon mədəniyyət evində “Qarabağ ocağı “ folklor kollektivinin yaranmasının təşəbbüskarı da məhz M.Cavadov olmuşdur.Məmməd müəllim peşəkar musiqiçi və bəstəkar kimi kollektivin hazırladığı bütün kompozisiyaların musiqi rəhbəri olmuşdur.Həmin “ Qarabağ ocağı “ folklor kollektivi 2-ci ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olmuş,1989-cu ildə Özbəkistan SSR-in Namanqan vilayətində keçirilən “ Ətirli güllər “ vadisi incəsənət bayramında “ Qran pri , Danimarkada keçirilən Azərbaycan SSR timsalında keçirilən SSRİ günlərinin fəxri mükafatına layiq görülmüş. 1-ci və 2-ci “ Xarı bülbül “ Beynəlxalq musiqi festivalının iştirakçısı olmuşdur.Həmin kollektiv 1990-cı ilin sentiyabr ayında Moldovanın qaqauzlar sıx yaşayan Komrot vilayətində “ Bilik günü “ münasibəti ilə keçirilən tədbirdə, 1989-1990- cı illərdə Respublika sarayında keçirilən ümumrespublika xalq yaradıcılığı festivalında müvəffəqiyyətlə çıxış etmişdir.” Qarabağ ocağı “ folklor kollektivinin müvəffəqiyyətli çıxışlarına,Beynəlxalq və ümumrespublika festivallarında fəal iştirakına görə, Respublika Mədəniyyət Nazirliyinin 7 dekabr 1990-cı il tarixli kollegiyasının qərarı ilə kollektivə

“ Xalq kollektivi “ statusu verilmişdir.Bütün bu nailiyyətlərin əldə edilməsində M.Cavadovun əvəzsiz xidmətləri olmuşdur.

O, qarabağ müharibəsi başladıqdan sonra1992- ci ildə ailəsi ilə birlikdə Lənkəran şəhərinə köçür.Burada Lənkəran musiqi texnikumunda müəllimlik edir.

___

Lənkəranda məskunlaşan bəstəkar az bir müddət ərzində ictimaiyyətin və musiqisevərlərin rəğbətini qazanır.”Bu yerlər” “Təkcə səni” “Lənkəran” “Sənzizlik” Şəhidlər xiyabanı” və sair mahnılarını da bu diyarda yazıb yaradır.

İstedadlı bəstəkar xalq şairləri Bəxtiyar Vahabzadənin Səməd Vurğunun , Mirvarid Dilbazinin ,Nəriman Həsənzadənin ,Fikrət Qocanın, tanınmış qələm sahibləri Mərkəz Qacarın, Abdulla Qurbaninin, Oruc Sədanin ,Çingiz Əlioğlunun ,Şəkər Aslanın ,Mirhaşım Talışlınin, Ziyafətin ,Xudaqulu Caniyevin sözlərinə bir- birindən gözəl mahnılar bəstələmişdir.Şəhər ictimaiyyəti tərəfindən daim maraqla qarşılanan bəstəkarın Lənkəran orta ixtisas musiqi texnikumunda yaradıcılıq gecəsi və bir çox sayda konsertləri təşkil olunmuşdur.

Bəstəkar Məmməd Cavadov 1998-ci ildə yenidən tələbəlik illərini keçirdiyi Bakı şəhərinə köçür və bəstəkarlıq yaradıcılığıni orada davam etdirir və yeni yeni əsərlər yaradır.

2002-cildə bəstəkarın 90 illiyi ilə əlaqədar olaraq Ü.Hacıbəyovun ev muzeyində yaradıcılıq gecəsi , şairə jurnalist,”Xanqızı Natavan” və “Vətən” mediya mükafatları

laureatı Zeynəb Bəhmənlinin bəstəkara həsr etdiyi “Musiqidə yaşanan ömür” kitabının təqdimat mərasimi keçirilmişdir. Bu kitabda Azərbaycanın görkəmli incəsənət xadimlərinin ,onunla birgə çalışan insanların ,sadə peşə adamlarının bəstəkar müəllim haqqında maraqlı xatirələri və ürək sözləri toplanmışdır. O ömrünün son anlarına qədər musiqi yaradıcılığından uzaqlaşmamışdır.Bu gün də Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşaiyyəti ilə müğənni Yaşar Səfərovun,Yalçın Rzazadənin ,Səmayə İsmailovanın, Elxan Əhədzadənin Sahib Kərimovun ifasında yazılmış onlarca mahnısı,İri əsərlərindən olan 4-hissəli xalq çalğı alətləri üçün” Qarabağ lövhələri” ni Ü.Hacıbəyovun 100 illiyinə həsr etdiyi “Sülh marşı”nı 2 tar 2 kamança üçün kvartetini ,xor üçün əsərlərini,romanslarını ,tar, kamança, skripka və fortepiano üşün yazıilmış olan pyes və marşları teleradionun qızıl fondunda, şəxsi arxivləri şəkilləri, əlyazma əsərləri xatirələri S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyatı İncəsəti Arxivində və Dövlət Ədəbiyyat və İnçəsənət muzeyində də qorunub saxlanılmaqdadır.

--------

Ömrünün 70 ilini Azərbaycan mədəniyyətinin maariflənməsinə həsr etmiş bəstəkar Məmməd Kərim oğlu Cavadovun əmək fəaliyyəti Dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında 11 iyun 2002-ci il tarixli fərmanına uyğun olaraq qərara alıram:

1.Azərbaycanın elm və təhsil,mədəniyyət və incəsənət,iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin.

1. Cavadov Məmməd Kərim oğlu.

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir.Qocaman bəstəkar,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmməd Kərim oğlu Cavadov ömrünün 91-ci ilində vəfat etmişdir.

M.Cavadov 70 ildən artıq bir müddətdə Azərbaycan nusiqisinin təbliğində əzmlə çalışmışdır.Onun estrada və xalq çalğı alətləri üçün əsərləri musiqimizi zənginləşdirmişdir.Bəstəkar Məmməd Kərim oğlu Cavadovun əziz xatirəsi musiqi ictimaiyyətinin qəlbində daim yaşayacaqdır

Azərbaycan Bəstəkarlar İttifaqı

 

81 KB