14.05.2020
Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzi 12 may 2020- ci il tarixində İmişli rayon Mədəniyyət Mərkəzinin kənd klub filialları ilə onlayın seminar müşavirə keçirildi. Onlayın seminar müşavirədə Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov 7 may 2020- ci il tarixində Kürdəmir Regoional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun keçirdiyi onlayın konfransda yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020- ci il tarixindən yumşaldılması ilə əlaqədar olaraq may ayının 5 –dən iş başlamaları ilə tapşırıqlar verərək kütləvi tədbirlərin keçirilməməsi , videoçarxların hazırlanması işinin davam etdirilməsi haqqında məlumatları keçirilən onlayın seminar müşavirədə Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov klub müəssisələrinin rəhbərlərinə çatdıraraq davamiyyətə , təmizliyə və sənədləşmə işlərini aparılmasına ciddi yanaşmaları barədə tapşırıqlar vermişdir.