14.05.2020
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar mədəniyyət idarələrin tabeliyində olan müəssisələrin fəaliyyəti əsasən internetin geniş imkanlarından istifadə edilməklə qurulur.
14 may 2020-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi videokonfrans keçirib. Konfransda idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərin rəhbərləri iştirak etdilər.
Konfransda qarşıya qoyulan məsələlərdən, Nazirliyin tapşırıqları və tövsiyyələri barədə məlumatlar verildi .
Sosial izoliyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılmasından, insanların asudə vaxtının səmərəli təşkil olunması məqsədilə onlayn konsertlərdən söz açılıb
Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə, sosial dəstəyə ehtiyacı olanlara və aztəminatlı ailələrə qayğının göstərilməsinin vacibliyi vurğulandı.