Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

01 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

01.08.2020

    Azərbaycan xalqının dünya sivlizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Cəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlat sübut edir ki, bu qiymətli əsərləri yaradarkən müxtəlif  yazı növlərindən və əlifbalardan istifadə olunmuşdur. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı heroqeiflərdən də istifadə olunduğu məlumdur. Ulu Əcdadlarımız olan Albanların 52 hərfdən ibarət əlifbası var idi.

            Ölkəmizdə İslam dinin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuşdur. Yüz illər boyu ərəb dili, din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif  xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir. Onun qurluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmamışdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla o dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaranmışdır. Lakin, o vaxt bu ideyaları həyata keçirmək mümkün olmamışdır.

            Haşiyə/// 1923 – cü ildən etibarən Latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilirdi. 1926 – cı ildə keçmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyyələrinə əsasən 1929 – cu il yanvarın 1 – dən etibarən Azərbaycanda kütləvi şəkildə Latın qrafikalı əlifba təstiq edildi. Bu proses Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı.

            Lakin Türkiyə Cümhuriyyətində latın Qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində keçmiş SSRİ – də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu keçmiş Sovet İmperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planını yaratdı. Nəticədə 1940 -cı il yanvarın 1-dən “Kril qrafikalı ədəbiyyata keçmək haqqında” qərar qəbul olundu. Sonralar kril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kril qrafikasında müəyyən dəyişikliklər apardı.

            Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.

           1992 – ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılmışdı. Bu komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk addım ciddi addım oldu.

            Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Latın Qrafikalı Azərbaycan Əlifbasının bərpası üçün tarixi şərait yaradıldı. Nəticədə, 1992 – ci ildə “Latın Qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun” qəbul olundu. 2001-ci ildə isə Latın Qrafikalı Azərbaycan Əlifbasına keçid başa çatdı.

            Latın Qrafikalı Əlifbanın tədbiqi Azərbaycan Rrespublikasının siyasi həyatında,yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyev 2001- ci il avqustun 9 – da Fərman imzalamışdır.Həmin Fərmanda avqustun 1-ri Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Günü elan olunmuşdu.

                                                 Məryəm Əliyeva

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon MKS-nin metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı

 

36.2 KB