Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional İdarəsinin videokonfransı.

27.08.2020

27 avqust 2020-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi videokonfrans keçirib. Konfransda rayonlar üzrə nümayəndələr, idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən Mədəniyyət Mərkəzi, MKS və müzey tipli müəssisələrin rəhbərləri iştirak etdilər. Videokonfransda idarə rəisi Elman Məmmədov mədəniyyət müəssələrində əmək intizamının gücləndirilməsi, müvafiq səndləşəmə işlərinin aparılması, nazirlik tərəfindən verilən tapşırıq və göstərişlərin icrası, cari məsələlərin həll edilməsi ilə bağlı müvafiq işlər görülməsi haqqında danışdı. Qeyd edildi ki, ölkəmizdə koronavirusun yayılması ilə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə işçilər tərəfindən əməl edilməsi diqqətdə saxlanılmalıdır. Bununla əlaqədar işçilər arasında sosial məsafə saxlanılması, tibbi maskalardan istifadə olunması və digər dezinfeksiyaedici vasitələrin hər bir müəssədə olması gündəlik nəzarətdə saxlanılsın. İdarə rəisi eyni zamanda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə və sosial dəstəyə ehtiyacı olanlara qayğının göstərilməsinin vacibliyini vurğuladı. Sonra rayonlar üzrə nümayəndələrin və müəssisə rəhbərlərinin təklifləri dinlənilib.

 

85.1 KB

 

221.7 KB