Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin videokonfransı

28.08.2020

28 avqust 2020-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi videokonfrans keçirib. Konfransda idarənin rayonlar üzrə nümayəndələri, uşaq musiqi və incəsənət məktəblərin direktorları qatılıb. İdarənin rəisi Elman Məmmədov mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən, daxil olan məktubların vaxtında icra olunması, uşaq musiqi və incəsənət məktəblərində yeni tədris ilin başlanması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi ilə bağlı tapşırıqlar verdi. Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə, sosial dəstəyə ehtiyacı olanlara və aztəminatlı ailələrə qayğının göstərilməsinin vacibliyi vurğulandı

 

117.6 KB

 

76.8 KB