Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

12.10.2020

Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı uğurlu əks-hücum əməliyyatları hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanda əmək kollektivləri, ayrı-ayrı vətəndaşlar Milli Ordumuzun qazandığı inamlı qələbələrindən sevinir, Silahlı Qüvvələrimizə öz dəstəyini əsirgəmir. Kürdəmir Regional Mədəniyyət İdarəsi də məhz belə kollektivlərdəndir. İdarənin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 19 min 140 manat köçürüb.Var olsun Azərbaycan Ordusu. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

 

282.3 KB