Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində ” Əsgərə məktub” adlı tədbir keçiriblər

14.10.2020

13 oktyabr 2020- ci il tarixində İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısında İmişli regional “ASAN xidmət” mərkəzinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsgərə Məktub” adlı tədbir keçirildi. Tədbirdə rayon ictimayətinin nümayəndələri , rayon sakinləri, yeniyetmə və gənclər Azərbaycanın igid, qəhrəman , qorxmaz, daim vətənin keşiyində ayıq-sayıq dayanan onu göz bəbəyi kimi qoruyan əsgərlərimizə öz ürəklərindən gələn arzu və istəklərini məktub vasitəsi ilə ünvanlayaraq qələbəyə səsləmişlər. “Əsgərə məktub” layihəsi çərçivəsində keçirilən tədbirdə vətənpərvərlik mövzusunda musiqilər , şerlər və Uşaq musiqi məktəbinin müəlliməsi Sənəm Məmmədli ifasında vətənpərvərlik mövzusunda şer səsləndirmişdir. İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov Məmməd Arazın “Bizi Vətən Çağırır” şerini səsləndirmiş, eşq olsun Azərbaycan əsgərinə, eşq olsun Azərbaycan ordusuna, biz sizə güvənirik və inanırıq Azərbyacan əsgəri qələbə bizimdir ifadələrini işlədərək Azərbaycan Respublikasının Prezidenti Ali baş komandan cənab İlham Əliyevin dediyi “Biz haqq yolundayıq” , “ Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri ilə çıxışına yekun vurmuş və bu da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

553 KB

 

895.6 KB

 

580.7 KB