Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

12 dekabr – Ümummilli Liderimizin anım günüdür.

11.12.2020

Heydər Əliyev və Azərbaycan mədəniyyəti. Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Lakin bu insanlar yüz ildə, min ildə bir dünyaya gəlirlər. Həmin insanlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, aylar, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz daimiliyini, əbədiliyini qoruyub saxlayaraq həmin insanı dahi şəxsiyyətə çevirir. Xalqımızın xilaskar oğlu, Ulu Ondərimiz Heydər Əliyev kimi! Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi 34 il ərzində Respublikamızın bütun sahələri kimi mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı göstərmişdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran icərisində idi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyətimizi məhf olmaq təhlükəsindən qurtardı. Tez bir zamanda cəmiyyətdə mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı. Bir dövlət rəhbəri kimi Heydər Əliyev daim mədəniyyət xadimlərinin qayğısına qalmış, onlara himayədarlıq etmişdir. Belə ki, dahi sənətkarlarımızın tez-tez yubileylərinin keçirilməsi, yaradıcı şəxslərin Dövlət Mükafatları ilə təltif edilməsi, bir qrup mədəniyyət və incəsənət xadimlərinə Prezident Təqaüdünün təyin edilməsi, bütün mədəniyyət işçilərinin aylıq maaşlarının bir neçə dəfə artırılması və sairlər Heydər Əliyevin mədəniyyətimizə qayğısının böyük bir nümunəsidir. “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir.” Heydər Əliyev. Bizim hamımız üçün böyük şüara çevrilmiş bu dahiyanə sözlərlə Ümummilli Liderimiz kitabxanalarımızın insan həyatındakı rolunu tam açıqlamış, kitabxanalarımıza olan diqqət və qayğısını bir daha sübut etmişdir. “Tarix böyük şəxsiyyətlər müəyyən edir”. Doğrudan da Heydər Əliyev Azərbaycan tarixinə böyük şəxsiyyət kimi daxil oldu, “Ümummilli Lider”ə, “Dahi Öndər”ə, “Xalqımızın xilaskar oğlu” na, “Ölməz siyasətçi”yə, “Əvəzolunmaz şəxsiyyət” ə cevrildi və öz ölümü ilə ölümsüzlüyə qovuşdu. Onun məzarı bütün insanlar üçün müqəddəs bir ziyarətgah oldu. Bakıya gələn bütün insanlar ilk öncə Ulu Öndərimizin məzarını müqəddəs bir yer kimi ziyarət edərək məzarı qarşısında böyük ehtiramla baş əyirlər. Bu da bütün dünya xalqının, millətinin Ümummilli Liderimizə olan dərin hörmət və məhəbbətidir. Məryəm Əliyeva Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon MKS – nin metodika – biblioqrafiya şöbəsinin baş biblioqrafı .

 

47.4 KB