28.12.2020
Qarabağ uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin əziz xatirəsi Xocavənd rayonunda hər zaman əziz tutulur, ehtiramla anılır.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evinin kollektivi də torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin məzarını ziyarət etmişlər.
Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etdi. 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olundu. Böyük zəfərlə sona çatan Vətən müharibəsində Xocavənd rayonunun igid oğulları da rəşadətlə vuruşub, qəhrəmancasına Şəhid olublar.
Şəhidlərimizln müqəddəs ruhu qarşısında baş əyirik!