Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 mart 2021-ci il tarixində Beyləqan rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon anım tədbiri keçirildi

01.04.2021

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, Beyləqan rayon mədəniyyət müəsissələrinin məsul işçiləri Beyləqan rayonunda 31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gələrək soyqırım qurbanlarını yad etdilər. Gün boyu abidə önündə matəm musiqisi mədəniyyət işçiləri tərəfindən səsləndirilmişdir. Qeyd edək ki, anım tədbiri pandemiya dövrü qaydaları nəzərə alınmaqla təşkil olunmuşdur.

Xatırladaq ki,1905-1918-ci illərdə erməni quldurlarının törətdikləri qanlı faciələr və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Ermənistanda, Dağlıq Qarabağ və onun ətraf rayonlarında həmvətənlərimizin başına gətirilən vəhşiliklər və əzəli torpağımız olan Qarabağın işğal edilməsi xalqımıza qarşı məkrli erməni siyasətinin qanlı səhifələrindəndir. Son 200 il ərzində bir milyondan artıq azərbaycanlılar ermənilər və onların havadarları tərəfindən qətlə yetirilmişdir. 2 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün düşmüşdür.Lakin biz başımıza gətirilən bütün müsibətləri unutmadıq və unutdurmadıq. Vətən müharibəsində xalqımız güclü lider, böyük siyasətçi, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə mənfur ermənilərin bu haqsızlıqlarının qarşısında əyilmədi və öz mübarizliyini, əzmliliyini bir daha dünyaya bəyan etdi.

 

136.7 KB

 

87.6 KB

 

110.9 KB