Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Aprel döyüşləri şəhidlərini yad etdi

02.04.2021

Şanlı Azərbaycan ordusunun tarixi Aprel qələbəsindən 5 il ötür. 2016-cı il aprelin 2-də erməni təxribatının qarşısını alan ordumuz Cəbrayıl rayonu və Talış yüksəkliyi istiqamətində uğurlu əməliyyatlar keçirərək azğın düşməni məğlub etdi. Tariximizdə 4 günlük müharibə adlanan döyüşlər nəticəsində mənfur düşmən ağır məğlubiyyətə düçar oldu. Azərbaycan əsgərinin rəşadəti, əzmi nəticəsində düşmən tapdağında olan böyük bir ərazi erməni işğalından azad edildi, hərbi əhəmiyyətli mövqe hesab edilən Lələtəpə yüksəkliyi və bir sıra strateji mövqelər ordumuzun nəzarətinə keçdi. Aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımız Vətən yolunda şəhid olaraq əbədiyyətə qovuşdular. Aprel döyüşlərində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant hərbi pilot, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Əbu Bəkr İsmayılov və şəhid gizir Tural Qurbanov da adlarını tariximizə yazanlardandır. Kürdəmir rayonunda 2016-cı ilin Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın xatirəsi hörmətlə anılır. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev və idarənin bir qrup əməkdaşı pandemiya dövrü qaydalarına riayət etməklə şəhid baş leytenant, hərbi pilot “Azərbaycan Bayrağı” ordenli Əbu Bəkr İsmayılovun xatirə lövhəsi önünə gələrək qəhrəman zabitin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Daha sonra idarənin bir qrup əməkdaşı rayonun Sığırlı kəndində Aprel döyüşlərində şəhid olmuş, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş gizir Tural Qurbanovun məzarını ziyarət etmişdir.

 

85.3 KB

 

85.4 KB

 

76.9 KB