Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayonunun mədəniyyət müəssisələrində COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

05.04.2021

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrində işçilər arasında koronavirus xəstəliyinin kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktiki tədbirlər həyata keçirilmişdir. Səhhətində problem yaranan işçilərin dərhal həkim müayinəsindən keçirilməsi, COVİD-19 infeksiyasına qarşı onlardan test nümunələrinin götürülməsi və işdən işçil\rin təcrid olunması ciddi nəzarətdə saxlanılır. Eyni zamanda, ölkəmizdə həyata keçirilən kütləvi şəkildə vaksinasiya tədbirləri çərçivəsində işçilərin peyvəndlərə cəlb olunması məqsədilə onlar arasında müvafiq maarifləndirmə-təbliğat işlərinin aparılması daim diqqətdə saxlanılır.İmişli rayon uşaq musiqi və uşaq incəsənət məktəblərində çalışan 50 yaşdan yuxarı olan əməkdaşların əksəriyyəti COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşlar. Bu istiqamətdə profilaktiki tədbirlər davam etdirilir. Bundan əlavə qeyd olunan yaş qrupları üzrə muzey, kitabxana və digər mədəniyyət müəssisələri işçiləri arasında da vaksinasiya işləri davam etdirilmişdir. 5 aprel 2021-ci il tarixdən başlayaraq 40 yaşdan yuxarı işçilərin də vaksinasiyaya cəlb olunması nəzərdə tutulur.Həmçinin mədəniyyət müəssisələrinin binalarında vaxtaşırı olaraq dezinfeksiya tədbirlərinin aparılması ciddi nəzarətdə saxlanılır.

3 aprel 2021-ci il tarixdə İmişli şəhər Uşaq musuqi və İncəsənət məktəblərində, Mədəniyyət mərkəzində, Tarix-diyarşünaslıq muzeyində və İmişli Dövlət Rəsm Qalereyasında dezinfeksiya işləri aparılmışdır. Rayonun mədəniyyət müəssisələrində COVİD-19 infeksiyasına qarşı müvafiq qabaqlayıcı tədbirlərin növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulur.

 

242.9 KB

 

89.4 KB

 

124.3 KB