Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayonunda şəhid bulağının açılışı olmuşdur

06.04.2021

Kürdəmir rayonunda Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 6 aprel 2021-ci il tarixində Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbində məktəbin məzunu, Füzuli rayonunun azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Həşimli Cəmil Əflatun oğlunun xatirəsinə inşa olunmuş “Şəhid bulağı”nın açılışı olmuşdur. Tədbirdə şəhidin ailə üzvləri, respublikanın müxtəlif bölgələrindən gəlmiş şəhid anaları, ictimaiyyətin nümayəndələri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və idarənin bir qrup əməkdaşı da iştirak etmişlər. İlk olaraq şəhid bulağının rəmzi açılışı olmuş, bulağın önünə gül-çiçək dəstələri, əklillər düzülmüşdür. “Şəhid bulağı”nın açılışında Kürdəmir rayon 3 nömrəli məktəbin direktor müavini Əli Ağayev, şəhid Pəhli Qəribovun anası Roza Qəribova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, yazıçı Yaqut Bahadurqızı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı, 3 nömrəli tam orta məktəbin məzunu Sadiq Alıyevin atası Vaqif Alıyev, dini icmanın rəhbəri Aqil Əliyev və şəhidin döyüş dostları çıxış edərək vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizir Cəmil Həşimlinin döyüş yolundan söhbət açdılar. Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağəli Kərimli Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər qələbəmizin qazanılmasında şəhidlərin qəhrəmanlıq salnaməsi yazdıqlarından ətraflı bəhs etdi. Natiq tədbirdə iştirak edən şəhid analarına dərin hörmət və ehtiramını ifadə edərək onlara minnətdarlığını çatdırdı. Şəhid gizir Cəmil Həsənlinin anası Simuzər Bağıyeva çıxış edərək dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi qayğıdan razılığını bildirmiş, tədbir iştirakçılarına təşəkkürünü çatdırmışdır.

 

220.3 KB

 

318.7 KB

 

328.7 KB