Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Xəmsə möcüzəsi” adlı virtual bədii qiraət müsabiqəsi keçirildi.

07.04.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər həyata keçirilir. 7 aprel 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin, Kürdəmir Rayon Təhsil Şöbəsinin, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının birgə təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsinə virtual olaraq yekun vuruldu. Nizami Gəncəvi yaradıcılığından nümunələri səsləndirən müsabiqə iştirakçıları öz istedad və bacarıqlarını nümayiş etdirdilər. Müsabiqə iştirakçılarının videoçarx şəklində təqdim etdikləri şeirlər münsiflər tərəfindən dinlənilmiş və münsiflər heyətinin yekun qərarına əsasən I, II və III yerlərin sahibləri müəyyən edilmişdir. Qaliblərə təqdim etmək üçün mükafatlar nəzərdə tutulmuşdur. “Nizami Gəncəvi İli” çərçivəsində tədbirlər il ərzində davam etdiriləcəkdir.

 

158.9 KB

 

29.1 KB

 

34.8 KB