Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

QONDARMA ERMƏNİ SOYQIRIMININ MAHİYYƏTİ

29.04.2021

Bildiyiniz kimi ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb. Bayden açıqlamasında deyib: "Ermənilərin acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik". Məsələ ondadır ki, ABŞ özünü dünyaya demokratiyanın beşiyi kimi tanıtmaq istəsə də həqiqətləri görməzdən gəlir. Maraqlıdır, Türkiyəyə bu böhtanı atanlar heç öz yaxın və uzaq keçmişdə törətdikləri qətliyamların bir gün özlərinə də soyqırım həqiqəti kimi qəbul etdirəcəklərini düşünmürlərmi? Cənab Baydenin sələflərinin Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrin günahını kimin adına yazmaq olar? Təsəvvür edin, amerikalılar təkcə Hiroşimada 166 min və Naqasakidə 80 min günahsız insanın məhvinə səbəb olub. Bəşər tarixində insanlara qarşı tətbiq olunmuş ilk və yeganə atom bombardımanından istifadə edib. ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması nə təsadüfi deyil, nə də özlərini dünyaya “zavallı”, “çarəsiz”, “biçarə”, “soyqırım qurbanı” kimi təqdim edən ermənilərə “canıyananlıq” hisslərindən və ya onlara real kömək etmək istəyindən irəli gəlmir. ABŞ prezidentlərinin tarixən erməni lobisinin səsini qazanmaq və türklərə siyasi təzyiq etmək üçün vasitə kimi istifadə etmələri sirr deyil. 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra Co Bayden "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidentidir.

Ancaq tarixin bir reallığı var. Tarixdən məlumdur ki, "erməni soyqırımı" Şərq məsələsinin tərkib hissəsi Bildiyiniz kimi ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb. Bayden açıqlamasında deyib: "Ermənilərin acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik". Məsələ ondadır ki, ABŞ özünü dünyaya demokratiyanın beşiyi kimi tanıtmaq istəsə də həqiqətləri görməzdən gəlir. Maraqlıdır, Türkiyəyə bu böhtanı atanlar heç öz yaxın və uzaq keçmişdə törətdikləri qətliyamların bir gün özlərinə də soyqırım həqiqəti kimi qəbul etdirəcəklərini düşünmürlərmi? Cənab Baydenin sələflərinin Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrin günahını kimin adına yazmaq olar? Təsəvvür edin, amerikalılar təkcə Hiroşimada 166 min və Naqasakidə 80 min günahsız insanın məhvinə səbəb olub. Bəşər tarixində insanlara qarşı tətbiq olunmuş ilk və yeganə atom bombardımanından istifadə edib. ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması nə təsadüfi deyil, nə də özlərini dünyaya “zavallı”, “çarəsiz”, “biçarə”, “soyqırım qurbanı” kimi təqdim edən ermənilərə “canıyananlıq” hisslərindən və ya onlara real kömək etmək istəyindən irəli gəlmir. ABŞ prezidentlərinin tarixən erməni lobisinin səsini qazanmaq və türklərə siyasi təzyiq etmək üçün vasitə kimi istifadə etmələri sirr deyil. 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra Co Bayden "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidentidir.

Ancaq tarixin bir reallığı var. Tarixdən məlumdur ki, "erməni soyqırımı" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir. Tarixi faktları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində açıq-aydın görmək mümkündür. Dünyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alır. Əslində, 1918-ci ilin mart soyqırımının kökü Bakı ilə bağlı deyildi. Regionda Birinci Dünya müharibəsində iştirak edən hər bir dövlətin öz marağı olub. Əsas məqsəd, qeyd etdiyim kimi, Osmanlı dövlətini parçalamaq və ərazisində bir erməni dövləti qurmaq idi. XIX əsrin 90-cı illərində ermənilər "böyük Ermənistan" deyilən bir ideyanı inkişaf etdirmək üçün Daşnaksütyun partiyasını yaratdılar. Daşnak-ermənilər bütün türk-müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşdular və bunu Osmanlı ərazisində həyata keçirirdilər. Həmin dönəmdə müharibədə zəif düşən Osmanlı dövləti dağınıq qüvvələrini birləşdirərək hərbi gücünü möhkəmləndirməyi bacardı. Nəticədə, ərazidə yaşayan silahlı ermənilər, o cümlədən Avropadan və Rusiyadan gələn silahlı ermənilər Türkiyə ərazisini tərk etməyə başladılar. Onların bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi Şimali Azərbaycana gəldilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər 1918-ci ildə bu ərazilərdə soyqırım törətdilər.  Faktlar, tarixi sənədlər, açılan arxivlər göstərir ki, ermənilər zaman-zaman türklərə qarşı soyqırımı siyasəti aparıblar. Onlar qondarma erməni təbliğatı nəticəsində "soyqırım" mifi yaradıblar. Artıq dünya tarixi həqiqətləri görür, anlayır, uzun illər ayaq tutub yeriyən erməni yalanının iç üzü, mahiyyəti bəlli olub. Məkirli və hiyləgər erməni yalanı son zamanlarda güclü və tutarlı dəlillərlə ifşa olunmaqdadır.

Gültəkin Seyidova

 

108.9 KB