Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

ŞƏHİDİN MƏZARI DOĞUM GÜNÜNDƏ ZİYARƏT EDİLDİ

29.04.2021

29 aprel 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələri, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Hüseynov Fərrux Baxış oğlunun məzarını ziyarət etdilər.

Ziyarət zamanı şəhidin yaxınları Hüseynov Fərruxun keçdiyi döyüş yolundan söhbət açdı. Məktəb şagirdləri şəhidlərimiz haqqında şeirlər səsləndirdi, şəhidin xatirəsi ehtiramla yad edildi.

Qeyd edək ki, Hüseynov Fərrux ölümündən sonra  "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

228.1 KB

 

121.5 KB

 

133.9 KB