Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

FÜZULİDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

30.04.2021

30 aprel 2021-ci ildə Kürdəmir Regional Mədəniyyət İdarəsinin bir qrup əməkdaşı Füzulidə şəhid Rüstəmov Zamin, Hüseynov Sərhəd və Əliyev Sehrimanın evlərinə gedərək onların ailə üzvləri ilə görüşüblər. Görüşdə ailə üzvləri şəhidlərin döyüş yolundan geniş söhbət açıb, xatirələrini bölüşüblər. Regional İdarənin rəisi Faiq Xudanlı şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin, qəhrəmanlıqlarının təbliği istiqamətində görülən işlərdən danışıb.

Qeyd edək ki, Əliyev Sehriman və Hüseynov Sərhəd Füzuli, Rüstəmov Zamin  isə Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Hər üç şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.  

 

293 KB

 

299.5 KB

 

237.8 KB