Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

KORONAVİRUSA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

01.05.2021

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə COVİD -19 infeksiyasının qarşısının alınması məqsədilə ardıcıl proflaktiki  tədbirlər davam  etdirilir. Pandemiya dövründə müəllim və şagirdlərin sağlamlığının qorunması, xəstəliyə  yoluxma riskinin minimuma endirilməsi, infeksiya  əleyhinə mübarizə  çərçivəsində  həyata keçirilən tədbirlər koronavirusa yoluxma təhlükəsindən qorunmaq məqsədi ilə icra olunur.  

1 may 2021- ci il tarixində karantin rejiminin tələblərinə uyğun olaraq Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin binasında dezinfeksiya işləri həyata keçirilmişdir. Tədbir zamanı sanitar -gigiyena qaydalarına uyğun olaraq məktəbin sinif otaqlarında , zal və  digər xidməti sahələrində  kimyəvi məhlullarla dezinfeksiya işləri aparılmışdır.

 

70.1 KB

 

63.8 KB