Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MÜASİR TƏHSİL SİSTEMİNİN YARADICISIDIR” MÖVZUSUNDA VİDEOKONFRANS KEÇİRİLİB

03.05.2021

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzi və YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 03.05.2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Ulu Öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır" mövzusunda videokonfrans keçirilib.

Tədbirdə YAP rayon təşkilatının Gənclər Birliyinin və Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktor və tarix müəllimləri çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğı və diqqətdən söhbət açıblar.

 

 

379.2 KB