Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyətə başlayan Kukla teatrında ilk dəfə olaraq 12 noyabr 2018-ci il tarixdən “Cırtdan” kukla tamaşası səhnəyə qoyulub

12.11.2018

Kürdəmirdə ilk dəfə olaraq Kukla teatrı fəaliyyətə başlayıb. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyətə başlayan Kukla teatrında ilk dəfə olaraq 12 noyabr 2018-ci il tarixdən “Cırtdan” kukla tamaşası səhnəyə qoyulub.Teatra əsasən rayon və kəndlərdən olan az yaşlı uşaqlar və "körpə fidanlar", eləcədə müəllimlər və valideynlər tamaşa ediblər. Qeyd edək ki, tamaşa uşaqlarda xoş təsurat yaratdı. Belə tamaşaların bölgələrdə səhnələşdirilməsi uşaqların və körpələrin tərbiyəvi inkişafında böyük rol oynayır.Tamaşada iştirak edən valideynlər bu kimi tamaşaların göstərilməsini hazırki dövrdə uşaqlar üçün çox vacib olduğunu bildirdilər. Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun sözlərinə görə gələcəkdə bu cür yeni tamaşların səhnələşdirilməsi və tamaşanın digər rayonlarda qastrol səfərlərdə göstərilməsi nəzərdə tutulur. Xatırladaq ki, teatrda iştirak edən aktyorlar rayon mədəniyyət mərkəzində çalışan istedadlı gənclərdən təşkil olunub. Rayonun ilk yerli teatr kollektivinin hazırladığı tamaşa ziyalılar və ictimayət arasında xüsusi marağa səbəb olmuşdur.

 

98.1 KB

 

92.2 KB

 

107.3 KB