Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

12 noyabr 2018-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Heydər Əliyev Mərkəzində 12 noyabr Konustutisiya gününə həsr olunan “Demokratik inkişafın qarantı”adlı elmi-praktik konfrans keçirildi

12.11.2018

12 noyabr 2018-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Heydər Əliyev Mərkəzində 12 noyabr Konustutisiya gününə həsr olunan “Demokratik inkişafın qarantı”adlı elmi-praktik konfrans keçirildi.Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi, eləcə Beyləqan rayon məktəbliləri olmaqla 75 nəfər iştirak etdi.Tədbirdən öncə məktəblilər Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı ilə tanış oldular. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova açaraq Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı.Natiq vurğuladı ki, Azərbaycan dövləti üçün çətin sınaq illərində məhz Ulu Öndər Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş miqyaslı islahatların reallaşdırılmasına başladı.Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsi ölkəmizin həyatında müstəsna əhəmiyətli hadisə olmuşdur. Məmmədova çıxışının sonunda bildirdi ki, dövlət müstəqilliyimizin qarantı olan respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcək və Konstitusiyamızda öz əksini tapmış bu müddəa bir daha öz təsdiqini tapacaqdır.Tədbirdə Çəmənli kənd orta məktəbinin tarix müəllimi Pərvanə Şıxəliyeva çıxış edərək ilk olaraq Azərbaycan Respublikasının Konsitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Şıxəliyeva Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçdiyini və dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.Tədbirin sonunda Azərbaycan dövlətinin Konustutiyasının tarixinə həsr olunmuş videorolik nümayiş olundu

 

398 KB

 

129.1 KB

 

139.4 KB