Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələri mədəni hərbi hamilik çərçivəsində əlamətdar günlərdə ərazilərdəki “N” saylı hərbi hissələrdə olur, əsgər və zabitlər qarşısında maraqlı tədbirlərlə çıxış edirlər

08.11.2018

Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələri mədəni hərbi hamilik çərçivəsində əlamətdar günlərdə  ərazilərdəki  “N” saylı hərbi hissələrdə olur, əsgər və zabitlər qarşısında maraqlı tədbirlərlə çıxış edirlər. Hərbi hissələrdə dəfələrlə Regional İdarənin ünvanına təşəkkür məktubları daxil olmuşdur. Belə tədbirlərdən növbətisi Kürdəmir rayonu ərazisində olan “N” saylı hərbi hissədə Bayraq günü ilə əlaqədar keçirilmiş bayram tədbiri olmuşdur. Maraqlı keçən tədbirin sonunda hərbi hissənin komandanlığı yüksək mədəni xidmətə görə Regional İdarəyə Fəxri Fərmanı təqdim etmişdir.Hərbi hissələrdə mədəni hamilik Regional İdarənin diqqət mərkəzində saxlanılır.

 

468 KB