Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

08 noyabr 2018-c il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Heydər Əliyev Mərkəzində 09 noyabr Bayraq günü münasibətilə tədbir keçirildi

08.11.2018

08 noyabr 2018-c il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Heydər Əliyev Mərkəzində 09 noyabr Bayraq günü münasibətilə tədbir keçirildi. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edildi, önünə gül dəstələri qoyuldu. Keçirilən tədbirdə rayon İcra hakimiyyətinin üzvləri, mədəniyyət, təhsil və səhiyyə işçiləri olmaqla 125 nəfər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, bu il 100 illiyini qeyd etdiyimiz daha bir bayram olan Bayraq günü münasibətilə tədbir içtirakçılarına öz təbriklərini çatdırdı. İlk dəfə Azərbaycan Xalq Cumhuriyyəti dövründə müstəqilliyimizin rəzmi olan Bayrağımızın təsis ediməsindən, 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ilk dəfə Dövləyt bayrağı kimi təsdiq olunması istiqamətində atdığı addımlardan və nəhayət müstəqil Azərbaycanımızda Prezident İlham Əliyev tərəfindən yeridilən düzgün və qətiyyətli siyasət nəticəsində cənab Prezidentin dediyi kim bayrağımızın Qarabağda, Xankəndində, Şuşada dalğalanmasına olan inamdan danışaraq qeyd etdi ki, bu gün Azərbaycan dünyada nüfuz və söz sahibidir. Cənab Prezidentin yeritdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın qüdrəti gündən günə artır və müstəqilliyimiz daha da möhkəmlənərək tez bir zamanda işğal altında olan torpaqlarımızın azad olacağına, xalqımızda olan inamı daha da artırır. İcra hakimiyyətinin başçısının müavini Aytən Mirzəyeva çıxış edərək tədbir iştirakçılarını Bayraq günü münasibətilə təbrik etdi.Bayrağımızın böyük bir tarixi yol qət edtiyini, bayrağımızın sərvətimiz olduğunu vurğulayaraq onun hər bir rəngi mənalarını izah etdi. Çıxış edən Təhsil şöbəsinin nümayəndəsi Həsən Məmmədov bu gün müstəqil Azərbaycanın səmasında dalğalanan üç rəngli ay ulduzlu bayrağımızın müstəqliiyimizin sübutu olduğunu, və bu müstəqliiyimiizin bu gün də ölkə başçısısı tərəfindən qorunduğunu qeyd etdi.

 

45.1 KB

 

75.4 KB

 

53.3 KB