Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

General-mayor Polad Həşimovun xatirəsinə həsr edilən ”Şəhidlər ölməz” adlı tədbir keçirilib

15.07.2021

Füzuli rayonunda general-mayor Polad Həşimovun xatirəsinə həsr edilən "Şəhidlər ölməz" adlı anım mərasimi gerçəkləşib.

Tədbir Füzuli rayon 1 saylı Zobucuq qəsəbəsində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib. Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilən toplantıda mədəniyyət işçiləri, şəhid ailələri, vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra iştirakçılar sərgiyə baxış keçirib.

Toplantıda çıxış edənlər Milli Qəhrəmanın həyatından və qəhrəmanlığından danışıblar. Qeyd edilib ki, iyul hadisələri məhz qələbəyə aparan yolun başlanğıcı oldu. Azərbaycanın qəhrəman oğulları hər zaman olduğu kimi Vətən keşiyində mərdliklə dayanaraq mənfur ermənilərin təxribatının qarşısını aldılar. Öz canlarını fəda edərək torpaqlarımızın hər qarışını düşməndən qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimiz qəlblərdə əbədi yer qazanaraq tariximizin şanlı səhifəsinin bir hissəsi oldular. General-mayor Polad Həşimovun davamçıları isə Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vuraraq şəhidlərimizin qisasını almaqla bərabər, həm də 30 illik Vətən həsrətinə son qoydular.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü şəhidlərimizin qanı bahasına bərpa olunub. Gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyinə çevrilən şəhidlərimizin daim qəlblərdə yaşayacağı bir daha vurğulanıb.

 

351.2 KB

 

337.2 KB